"Diqlas"da işləmiş 126 sahibkar 6,3 milyon manatdan çox güzəştli kredit istədi - AÇIQLAMA

Əvvəlcədən məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Bakı şəhəri, Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (ünvan: Atatürk prospekti 134, telefon: 012-404-04-01) martın 29-dan onların fərdi qaydada qəbulu təşkil olunub.
Xəbərlər yüklənir...









